Əfsanəvi futbolçu Ronaldinyo "TV8" kanalında yayımlanan "Üç adam" verilişinə qonaq olub.
Braziliyalı eks-futbolçu stolüstü futbol oyununda aparıcılar Eser Yenenler, İbrahim Büyükak ve Oğuzhan Koça qalib gəlib.
Esen uduzduqdan sonra belə deyib: "Uşaqlıqdan oynadığımız oyunda Ronaldinyoya uduzaraq biabır olduq".
Ronaldinyo isə "Məğlub olmağı sevmirəm" deyərək hər kəsi güldürüb.
Verilişdə həmçinin futbolçu barəsində çıxan yanlış və əyləncəli xəbərlər də göstərilib.(Axşam.az)
Fanat.Az