Roberto Bordinin zəfər şərhi

Roberto Bordinin zəfər şərhi

"Güclü rəqibə qarşı yaxşı oyun göstərməyə çalışdıq. Futbolçular bacardıqlarını etdilər, onlardan narazı deyiləm”.

 

 

Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.

"Ağ-qaralar” Topaz Premyer Liqasının XII turunda səfərdə "Səbail”i 2:0 hesabı ilə yenib.

Matçdan sonra keçirilən ənənəvi mətbuat konfransına qatılan italiyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

 

- Komandada ciddi itkilər var. Onların durumu necədir, növbəti oyuna hazır olacaqlar?

- Bizim yaxşı kollektivimiz var və bu, fərqimizdir. Zədəli futbolçuların olması futbolda normaldır. Ümid edirəm ki, onlar tezliklə komandaya qoşulacaqlar.

- Oyunun əvvəlində Dario Federiko ilə aranızda problem oldu.Hətta onu əvəzləmək istədiniz, ancaq sonradan fikrinizdən daşındınız. Braziliyalı futbolçunu hansısa cəza gözləyir?

- Normal şeydir, oyun zamanı məşqçi futbolçu ilə danışır. Ciddi bir məsələ deyil. Əgər ciddi bir şey olsaydı, dərhal əvəzetmə edərdik. Darionun oyunundan razı qaldım.

- Rəhman Hacıyevi uzun müddətdən sonra start heyətində gördük. Onun oyunu sizi razı saldı?

- Tam razıyam. Bəzi epizodlarda qol vura bilərdi, əfsuslar olsun ki, alınmadı. Lakin göstəricilərindən razı qaldım.

- Paratskinin yoxluğunda "Neftçi” daha çox hücum futbolu oynadı və bunda Hacıyevin əməyi danılmazdır. Bundan sonra komandanız bu heyətlə oynamağa üstünlük verəcək?

- Bizim yaxşı kollektivimiz var və hər zaman dəyişiklik edə bilərik. Mən hər oyundan öncə məşqlər əsasında seçim edirəm. Rəhmanın komandamıza kömək etməsi yaxşı haldır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər