Roberto Karlos "Anji"dən ayrılması ilə bağlı maraqlı açıqlamalar verib. Fanat.az xəbər verir ki, hazırda Türkiyənin "Sivasspor" klubunu çalışdıran braziliyalı buna görə Samuel Eto`O-nu ittiham edib.
Karlos kamerunlu futbolçunun onun və Qus Hiddinkin yerinə göz dikdiyini bildirib: "Anji"yə gəldiyim ilk mövsümdə ilk beşliyə düşdük. Komandaya xeyirli olacaq futbolçuları heyətə qatdıq. İkinci mövsüm Eto`O-nu aldıq. Sonra mən futbolçuların və baş məşqçinin vəzifələrini paylaşdırmağa başladım. Paltardəyişmə otağında problemlər var idi. Rus oyunçulara komandanın Eto`O-ya ehtiyacının olduğunu açıqlamağa məcbur idim. Amma daha sonra o, komandaya nəzarəti ələ almaq üçün işlərimə burnunu soxmağa başladı, mənim və baş məşqçi Qus Hiddinkin mövqeyinə göz dikdi. Məni hirsləndərdi. Bu səbəbdən komandadan ayrılacağımı dedim. Heç kim inanmadı, çünki "Anji" ilə 4 illik müqaviləm var idi. Amma sonradan klubla anlaşdıq".
Braziliyalı "Anji"nin bu yay bütün ulduz futbolçularını satmasına münasibət bildirib: "Süleyman Kərimova ("Anji"nin prezidenti - red) "Əgər Hiddinklə mən komandadan getsək, klubun çökəcəyini dedim. Amma Süleyman nələrin baş verəcəyini anlamadı. Mən işimə davam etsəydim, bunların heç biri olmayacaqdı. Bütün oyunçular qaçdı və təcrübəsiz bir komanda qaldı. Bu mövsüm "Anji" Avropa Liqasında zarafat mövzusu olacaq. İki il ərzində yaxşı bir baş məşqçi və idman direktoru tapılmasa, komanda tarixin arxivinə köçəcək".
Fanat.az