İtaliya millisinin sabiq hücumçusu Roberto Bacco artıq futbolla maraqlanmadığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, AS nəşri 55 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Artıq futbolla maraqlanmıram. İnsanlar bunun qəribə olduğunu düşünür, amma mənim günahım nədir? Futbolsuz xoşbəxt yaşamaq uğursuzluqdur? Heç matçlara da baxmıram. Həm də başqalarını mühakimə etməyi sevmirəm. Keçmiş komanda yoldaşlarımın müəllim kimi danışdıqlarını görürəm və yadımdadır ki, onlar əlləri ilə dəqiq ötürmə belə verə bilmirdilər.
Özüm üçün başqa əyləncələr tapmışam. Mən odun doğrayıram, traktorda işləyirəm və gecələr o qədər yorğun oluram ki, başım fırlanır”.
Emin