"Bayern Münhen"in hücumçusu Tomas Müller Robert Levandovskinin klubdan ayrılmaq istəyinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı forvard bu haqda "Sport1"-ə danışıb:
“Uzun müddətdir hücum tərəfdaşım olan Robertin qalmasını istərdim. Onu da deyim ki, biz dəfələrlə oxşar vəziyyətlərdən keçmişik. Frank Riberinin "Real Madrid"ə keçmək istədiyi vaxtı xatırlayıram. Dəqiq olan odur ki, payızda klubla etibarlı müqaviləsi olacaq hər bir futbolçu özünü bir daha sübut etmək istəyəcək. Çünki pis oyun heç bir oyunçuya və kluba zövq vermir”.
Robert Levandovski ötən mövsüm "Bayern"in heyətində bütün turnirlərdə 47 oyuna çıxıb. O, 50 qol vurub, 7 məhsuldar ötürmə edib. Hücumçunun Münhen klubu ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.
Mirağa