Milli komandamızın baş məşqçisi Robert Prosineçki vecernji.hr saytına müsahibə verib. Fanat.Az xəbər verir ki, xorvat mütəxəssis "Bursaspor"a getməməsinin səbəbini açıqlayıb.
"Bursaspor"a getmək əvəzinə niyə Azərbaycanda qaldınız sualını cavablandıran" Prosineçki "Qorxaq kimi qaçmaq istəmədim. Düşünürəm ki, müəyyən irəliləyişə nail olmuşuq və işimi vicdanla görürəm. Dekabra qədər vəzifəmin başındayam" deyib.
Prosineçki futbol tarixi ilə bağlı sualları da cavablandırıb. Gördüyü ən güclü komandanın Pep Qvardiolanın dövründəki "Barselona" olduğunu deyən mütəxəssis Lionel futbol tarixinin ən yaxşı futbolçusu, Yohan Kroyffu ən yaxşı məşqçisi adlandırıb. Kumirinin Mişel Platini olduğunu deyən Prosineçkinin fikrincə, Xorvatiya futbolunun ən yaxşı futbolçuları Davor Şuker və Luka Modriçdi.
Futbolçu karyerası ərzində həm "Real", həm də "Barselona"da oynayan Prosineçki Madrid klubunu dünyanın ən güclüsü hesab edir: "Dünyanın ən güclü klubudu. Bu böyük ailgnin bir üzvü olduğum üçün çox sevinirəm. Gənc yaşda gedib ?sas heyətində oynamaq başqa bir qürurdu. "Barselona" isə bir klubdan daha çox məna verir. Yalnız orda oynadığınız zaman necə olduğunu başa düşərsiniz".
Fanat.Az