Rioda etiraz dalğası

Rioda etiraz dalğası

Ötən gecə Braziliyanın Rio de Janeyro şəhərində  XXXI  Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olub. Fanat.az xəbər verir ki, yerli vətəndaşlar olimpiadanın ölkələrində keçirilməsinə etiraz ediblər.

Kopakabana çimərliyində bir araya gələn etirazçıların əsas hədəfində olan şəxs isə müvəqqəti prezident Mişel Temerdi. Onlar "Rədd ol, Temer" şüarlarını səsləndiriblər. Etirazçılar insanların yaşayış durumunun aşağı səviyyədə olduğu bir vaxtda külli miqdarda vəsaitinin dövlət büdcəsindən olimpiadaya xərclənilməsini lazımsız bilir.

Qeyd edək ki, iki il öncə futbol üzrə dünya çempionatı zamanı da etiraz aksiyalarının sayı-hesabı yox id.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər