Reynaldonun həsrəti bitdi - 178 gün sonra

Reynaldonun həsrəti bitdi - 178 gün sonra
"Qarabağ"ın futbolçusu Reynaldo Silva uzun müddətdən sonra meydana qayıdıb. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu yaşıl meydana dönüşünü qolla qeyd edib.
Reynaldo sonuncu ötən ilin 4 oktyabrında "İnter"lə keçirilən oyunda meydana çıxmışdı. Həmin matçın 71-ci dəqiqəsində oyuna daxil olan futbolçu 90+3-cü dəqiqədə qol vurmuşdu.
"İnter"lə oyundan sonra ağır zədə alan futbolçu bu gün "Rəvan"a qarşı oynayıb. İkinci yarıda meydana çıxan braziliyalı 178 gün sonra rəsmi oyunun iştirakçısı olub. Qarşılaşmanın 64-cü dəqiqəsində rəqib qapısına yol tapan Reynaldo həm də 178 gün sonra qələbə qol sevinci yaşayıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər