Rəsul Çunayev: "Artıq heç nə danışmaq istəmirəm"

Rəsul Çunayev: "Artıq heç nə danışmaq istəmirəm"

 "Artıq bu məsələlər haqda heç nə danışmaq istəmirəm".

 

Bu sözləri azxeber.com-a açıqlamasında tanınmış güləşçi Rəsul Çunayev deyib.

 

O son günlər yaşanan hadisələrə münasibət bildirmək istəmədiyini və hər şeyi zamanın ixtiyarına buraxdığını deyib.

 

Rəsul qarşıdan gələn dünya çempionatında iştirak edib-etməyəcəyinə də qərar verməyib: "Bu haqda da danışmaq istəmirəm. Hər şeyi zaman göstərəcək".

 

Qeyd edək ki, bir neçə gün öncə güləşçilər etiraz aksiyası keçirmiş və 16 aydır maaş almadıqlarını demişdilər. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər