Rəşad Ramosu təkrarladı: oyun vaxtı tualetə qaçdı

Rəşad Ramosu təkrarladı: oyun vaxtı tualetə qaçdı
Topaz Premyer Liqasının XXII turunda "Neftçi" - "Sumqayıt" oyununda maraqlı hadisə baş verib.
Fanat.Az qol.az-a istinadən xəbər verir ki, qonaq komandanın futbolçusu Rəşad Eyubov ikinci hissəsinin gedişində hakimdən icazə alaraq tualetə gedib. Bu üzdən "Sumqayıt” təxminən 3-4 dəqiqə meydanda azlıqda mübarizə aparıb. Lakin onun gecikdiyini görən qonaq komandanın məşqçilər korpusu Eyubovun əvəzində meydana Ülvi İsgəndərovu buraxıb. İsgəndərov meydana girən anda geri dönən Eyubov isə ehtiyat oyunçular skamyasına göndərilib. R.Eyyubov jurnalistlərə açıqlamasında faktı təsdiqləyib.
Qeyd edək ki, bir neçə gün öncə İspaniya La Liqası çərçivəsində Madrid "Real"ının kapitanı Serxio Ramos da eyni hərəkətlə gündəmə gəlmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər