Renatlı “Hatayspor” “Fənərbaxça” ilə bacarmadı

Renatlı “Hatayspor” “Fənərbaxça” ilə bacarmadı

Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

“Samsunspor” - “Başakşəhər” matçı qolsuz bitib. “Sivasspor” evdə “Kasımpaşa”ya uduzub. “İstanbulspor” isə “Ankaragücü” ilə ev oyunundan qalib ayrılıb.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun heyətində yer aldığı “Hatayspor” da səfərdə “Fənərbaxça”ya uduzub. Renat bu görüşdə 90 dəqiqə meydanda olub.

Türkiyə Super Liqası 9-cu tur 21 oktyabr

Kayserispor – Rizəspor 3:1 Qollar: Tiam, 31; 66-pen; 89-pen – Zeqiri, 70.

Qaziantep – Antalyaspor 1:0 Qol: Nkulu, 71.

Konyaspor – Pendikspor 1:2 Qollar: Moreno, 49 – E.Yardımcı, 64. Diabi, 88.

Qalatasaray – Beşiktaş 2:1 Qollar: İkardi, 26; 82-pen – Çemberleyn, 69.

22 oktyabr

Sivasspor – Kasımpaşa 0:1 Qol: İ.Qomis, 53.

İstanbulspor – Ankaragücü 2:1 Qollar: Traore, 12. E.Gültəkin, 62 – T.Cigerci, 24-pen.

Fənərbaxça – Hatayspor 4:2 Qollar: Şimanski, 7. Osayi-Samuel, 15. Dzeko, 39. İ.C.Kahveci, 63 – Gulam, 55. Aabib, 90+4.

Samsunspor – Başakşəhər 0:0

23 oktyabr

21:00. Fatih Karagümrük – Adana Dəmirspor 21:00. Trabzonspor – Alanyaspor

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər