Renatın komandası kubokda mübarizəni dayandırdı

Renatın komandası kubokda mübarizəni dayandırdı

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Türkiyə kubokunda 1/8 final oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, komanda "Başakşəhər"in qonağı olub. 

Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Başakşəhər" 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Dadaşov start heyətdə meydana daxil olub və 90+1-ci dəqiqədə əvəzlənib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər