Portuqaliya çempionatının IV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Pakuş de Fereyra” "Aveş”lə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Bufutbolçumuzun komandasnın cari mövsümdə ilk qələbəsi olub..
Renat Dadaşov 74-cü dəqiqədə meydana daxi olub. O, 82-ci dəqiqədə ikinci qolun vurulması ilə nəticələnən hücumda iştirak edib.
Qeyd edək ki, "Pakuş de Fereyra” 4 xalla 17-ci pillədə qərarlaşıb.
Fanat.Az