Renat Dadaşov "Ayntraxt"dan qovuldu

Renat Dadaşov "Ayntraxt"dan qovuldu
 
Azərbaycan millisinin gənc hücumçusu Renat Dadaşov "Ayntraxt” klubundan qovulub. Fanat.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, buna futbolçunun intizamsızlığı səbəb olub. 
Daha öncə də bir neçə dəfə daxili intizam qaydalarını pozan Dadaşovun komanda yoldaşı ilə dalaşması rəhbərliyin səbr kasasını daşırıb. Frankfurt təmsilçisinin gənc futbolçular üzrə şöbəsinin rəhbəri Armin Kraaz qərarın qəti olduğunu bildirib: "Onu intizamsızlıq üzündən uzaqlaşdırmışıq. Renat məşqlərə buraxılmayacaq. Yeni baş məşqçi ona son şans vermişdi. Ancaq bundan sonra daha şans görməyəcək”. 
2020-ci ilin iyununa qədər "Ayntraxt”a bağlı olan Renatla bağlı qərara əsas komandanın baş məşqçisi Niko Kovaç da etiraz etməyib: "Rəhbərliyin Dadaşovla bağlı qərarından xəbərim var. Bununla tam razıyam”.
Qeyd edək ki, Renat Dadaşov məşqdən sonra komanda yoldaşı ilə dalaşaraq, ona xəsarət yetirib. Bu, həmyerlimizin ilk intizamsızlığı deyil. Bir neçə həftə əvvəl məşqdə komanda yoldaşına qarşı kobudluq edən millimizin üzvü onu zədələmişdi. Bu hərəkətindən sonra isə köməkçi məşqçi ilə mübahisə edərək, onu təhqir etməkdən də çəkinməmişdi. 
Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər