Region Kuboku:  "Cəbrayıl" mübarizəni dayandırdı

Region Kuboku:  "Cəbrayıl" mübarizəni dayandırdı

Azərbaycanda təşkil olunan UEFA Region Kuboku çərçivəsində bu gün növbəti oyun keçirilib.

Fanat.Az xəbər verir ki, 2-ci qrupda yer alan Azərbaycan təmsilçisi "Cəbrayıl" Belarus komandası "Kolos"la qarşılaşəb.

İki gün əvvəl Şamaxıda belaruslulara 1:2 hesabı ilə uduzan Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv cavab görüşündə də bu rəqiblə bacarmayıb. Təmsilçimiz darmadağına məruz qalaraq, mübarizəni dayandırıb - 2:6.

Qeyd edək ki, Azərbaycanda təşkil olunmuş ilkin mərhələnin qalibi iyunun 29-da Şamaxıda baş tutacaq final matçında müəyyənləşəcək.

UEFA Region Kuboku İlkin mərhələ, 2-ci qrup 26 iyun

Cəbrayıl (Azərbaycan) - Kolos (Belarus) 2:6

Qollar: Xəlilov, 10, Həmidov, 30 - Hurinoviç, 5, Lizunou, 31, 61, 77-pen, Simançuk, 72, Karatkeviç, 86 Baş hakim: David Şmayç (Sloveniya) 1-ci köməkçi hakim: David Qabroveç (Sloveniya) 2-ci köməkçi hakim: Paskal Hirsel (İsveçrə) Ehtiyat hakim: Luka Sibelli (İsveçrə) UEFA hakim-inspektoru: Ladislav Qadoşi (Slovakiya) Şamaxı şəhər stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər