Azərbaycanın canlı əfsanələri, 5 qat dünya çempionu Rəfael Ağayev və məşhur kikboksçu Zabit Səmədov ermənilərin qətlə yetirdiyi 18 aylıq Zəhra Quliyevanın qanının yerdə qalmayacağını bildiriblər.
Fanat.Az xəbər verir ki, R.Ağayev və Z.Səmədov bu barədə İnstagram səhifələrində yazıblar.
"18 aylıq Zəhranın qanı yerdə qalmasın! Ali Baş Komandanımızın əmri ilə şəxsən döyüşə gedib qisas almağa hazıram!”, - deyə Zabit Səmədov bildirib.
"Zəhranın qanı yerdə qalmayacaq! Ali Baş Komandan əmr verərsə şəxsən döyüşə getməyə hazıram!”, - deyə Rəfael Ağayev qeyd edib.


Fanat.Az