Rauf Əliyevdən şad xəbər

Rauf Əliyevdən şad xəbər

Uzun müddətdi zədəli olan millimizin sabiq üzvü Rauf Əliyev sağalır. Fanat.az xəbər verir ki, "İnter"in formasını geyinən hücumçu gələn ayın əvvəllərində yaşıl meydanlara qayıdacaq.

Rauf artıq kollektivlə məşqlərə başlayıb və özünü yaxşı hiss edir. Futbolçu təxminən iki həftə ərzində oynamağa hazır vəziyyətə gələcək.

Qeyd edək ki, Rauf Əliyev cari mövsümdə Topaz Premyer Liqasında cəmi 4 oyuna çıxıb. Ötən ilin 12 sentyabrında baş tutan "Qəbələ" ilə oyunda zədələnən forvard həmin vaxtdan oynaya bilmir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər