Rauf Əliyev Albaniya "Kukesi"sindən ayrılıb.
Fanat.Az xəbər verir ki, bu haqda Albaniyanın "Panorama Sport" qəzeti eksklüziv xəbər yayıb.
Xəbərdə qeyd olunur ki, bir neçə gün əvvəl klubla futbolçu arasında olan müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. Həmçinin bildirilir ki, Albaniyaya gəldiyi gündən dil problemi ilə üzləşən Rauf yalnız türkcə bildiyindən, komandaya uyğunlaşa bilməyib.
Ayda hamıdan çox - təxminən 9 min dollar maaş alan Raufun şəxsi istəyi ilə klubdan getmək istədiyi, karyerasını Azərbaycanda davam etdirmək məqsədi qabardılıb.
Qeyd edək ki, Rauf Əliyev Albaniya çempionatının son turunda - "Teuta" ilə matçda gözə dəyməmişdi.
Fanat.Az