Rasim Ramaldanov Gürcüstan çempionatında debüt edib. Fanat.Az xəbər verir ki, millimizin sabiq üzvünün keçdiyi "Kolxeti" klubu 2016/17 mövsümünün ilk turunda “Zuqdidi”nin qonağı olub.
Oyun "Kolxeti"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində meydana daxil olan millimizin sabiq üzvü 73 dəqiqə mübarizə aparıb. Həmin dəqiqədə 30 yaşlı futbolçunu komanda yoldaşı Aliko Çakvetadze əvəzləyib.
Fanat.Az