"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik klub rəhbərliyi ilə bəzi futbolçuların hazırki durumunu müzakirə edib.
Fanat.Az "90 min" saytına istinadən xəbər verir ki, 63 yaşlı alman mütəxəssis rəhbərliyə Aaron Van-Bissaka, Lyuk Şou və Harri Maquayrın çıxışlarından razı olmadığını bildirib.
Bu səbəbdən hər 3 futbolçunun dəyişdirilməsini istəyib.
Ancaq klub rəhbərliyin fikrincə isə, adı çəkilən futbolçular komandanın açar oyunçularıdır.
Qeyd edək ki, Ralf mövsümün sonunda məşqçi postunu tərk etsə də, "Mançester Yunayted"də qalacaq və klubun transfer məsələlərində mühüm rol oynayacaq.
Emin