Ramiresin "Çelsi"dən ayrılıb Çinə yollanmasının səbəbləri bir müddətdi dünya mediasında müzakirə olunur. Fanat.az xəbər verir ki, braziliyalı futbolçunun Asiya ölkəsinə üz tutmasının səbəbi açılanıb.
"Globa Esporto"nun iddiasına görə, buna səbəb maliyyə məsələləri olub. Belə ki, Çinin "Jianqsu Suninq" klubu Ramiresə illik 13 milyon avro (təxminən 23 milyon manat) maaş təklif edib. "Çelsi"də illik 6 milyon avro (təxminən 10 milyon manat) maaş alan futbolçu bu təkliflə razılaşıb.
Qeyd edək ki, Çin klubu bu transferə görə "Çelsi"yə 28 milyon avro (təxminən 49 milyon manat) ödəyib.
Fanat.az