Kişilər arasında 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev Avropa Atletizm Birliyi (AAB) tərəfindən verilən "İlin Avropalı Atleti" mükafatı üçün son 3 namizəd arasına daxil olub.
Fanat.Az xəbər verir ki, AAB 2017-ci ildə bu mükafat uğrunda yarışacaq namizədlərin sayının 10-dan 3-ə düşdüyünü açıqlayıb. Dünya Atletizim Çempionatında qızıl medal qazanan 27 yaşlı sprinter fransız Kevin Mayer və alman Yohannes Vetterlə birlikdə ilk "üçlük"də yer alıb.
Mükafatlar oktaybrın 14-də Litvanın paytaxtı Vilnüsdə təşkil olunacaq mərasimda öz sahiblərini tapacaq.
Kişilər arasında 200 metr məsafəyə qaçışda 20.09 saniyə ilə finişə birinci çatan Quliyev Türkiyəyə tarixinin atletizim yarışındakı ilk çempionluğunu qazandırmışdı.
Fanat.Az