Rahidin “100”ü

Rahidin “100”ü

Rahid Əmirquliyev “Səbail”də 100-cü çempionat oyununu keçirib. 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XVI turuna təsadüf edib.

Fanat.Az xəbər verir ki, “Qəbələ” ilə səfər qarşılaşması (1:2) onun üçün 100-cü matçla əlamətdar olub.

Əmirquliyev Bakı təmsilçisində 5-ci mövsümünü keçirir. O, bu müddətdə 1 qol vurub.

Onun debütü də “Qəbələ”yə qarşı səfərdəki matçda gerçəkləşib. Rahid 2018-ci il avqustun 12-də keçirilən görüşdə (0:3) meydana çıxıb.

Qeyd edək ki, Rahid “Səbail”in heyətində Premyer Liqada 100 oyun keçirən ilk futbolçudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər