Rafael Qırğızıstan bayrağından imtina etdi: təhdid olunur - VİDEO

Rafael Qırğızıstan bayrağından imtina etdi: təhdid olunur - VİDEO

Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziev Qırğızıstan bayrağı altında döyüşməkdən imtina edib. 

Bu barədə məlumatı idmançı öz İnstaqram hesabında paylaşıb. 

O, Qırğızıstan bayrağı altında döyüşməkdən imtina etməsinin səbəblərini də açıqlayıb: "Mən artıq Qırğızıstandan köçmək fikrindəyəm. Buna səbəb isə mənə və həyat yoldaşıma gələn təhdid dolu mesajlardır. Bu səbəbdən ölkədən ayrılacam”. 

Qeyd edək ki, Rafael Fiziev azərbaycanlıdır. Lakin o, Qazaxıstanda dünyaya gəlib. UFC yarışlarında isə indiyə qədər Qırğızıstan bayrağı altında döyüşüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər