Rafael Ağayev dövlət işində çalışmaq istəyir

Rafael Ağayev dövlət işində çalışmaq istəyir

Karate üzrə beşqat dünya çempionu Rafael Ağayev karyerasını bitirdikdən sonra dövlət işində işləmək istəyir.

Fanat.Az xəbər verir ki, o, bu barədə “Motivator” layihəsinin qonağı olarkən danışıb:

"Gömrükdən mənə gələn qonorar (“Qəbələ” klubunun üzvü kimi – red.) 480 manatdır. Artıq 36 yaşım var. Karyera bir yerə qədərdir. Atamın arzusu dövlət işində çalışmağım olub. İstərdim ki, Bakı Gömrüyündə və ya hansısa sistem işində olum”.

Qeyd edək ki, Rafael Ağayev Tokio Olimpiadasından sonra karyerasını 2025-ci ildə - Paris Olimpiadasından sonra bitirəcəyini açıqlamışdı. Lakin karatenin Olimpiya proqramından çıxarılmasından sonra onun yaxınlarda karyerasını başa vuracağı gözlənilir. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər