İngiltərə Premyer Liqasında IV tura start verilib. Fanat.Az xəbər verir ki, bu gün mövsümün ilk Mançester derbisi baş tutub.
Belə ki, Joze Mourinyonun başçılıq etdiyi "Mançester Yunayted" Pep Qvardiolanın çalışdırdığı "Mançester Siti"ni qəbul edib. İlk 3 turda xal itirməyən komandaların oyununda 3 qol vurulub və qonaqlar qələbə qazanıb - 2:1.
Hesabı 15-ci dəqiqədə Kevin de Brunye açıb. 36-cı dəqiqədə Keleşi İheanaço fərqi iki topa çatdırıb. "MAnçester Yunayted" 42-ci dəqiqədə Zlatan İbrahimoviçin qolu ilə bərabərliyi təmin etsə də, bundan artığına gücü çatmayıb.
Fanat.Az