Qurbanovun 3-cü, Qasımovun ilk cəhdi

Qurbanovun 3-cü, Qasımovun ilk cəhdi

Azərbaycan Kubokunun finalına çıxaq komandalar müəyyənləşib. Fanat.az xəbər verir ki, həlledici matçda "Qarabağ"la "Neftçi" qarşılaşacaq.

Bu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün futbolçu kimi 3-cü final olacaq. Bundan əvvəl iki dəfə finala çıxan ağdamlıların çalışdırıcısı hər ikisində kuboka sahib çıxıb. "Qarabağ"a digər iki kuboku Ağasəlim Mircadovla Elxan Abdullayev qazandırıb.

"Neftçi"nin baş məşqçisi Vəli Qasımov isə ilk dəfə bu həyacanı yaşayacaq. "Neftçi"nin qazandığı 7 kubokdan 4-də Kazbek Tuayevin, 2-də Böyükağa Hacıyevinin, 1-də isə Vaqif Sadıqov imzası var.

"Neftçi" və "Qarabağ" indiyədək iki dəfə finalda qarşılaşıb. 1995/96-cı ildə "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşan finalda qalibi Kazbek Tuayev, "Qarabağ"ı Ağasəlim Mircavadov meydana çıxıb. 2014/15 mövsümündə baş tutan finalda isə "Qarabağ"a Qurban Qurbanov, "Neftçi"yə Arif Əsədov başçılıq edib. Həmin oyunda "Qarabağ" qələbə qazanıb.

"Qarabağ"a kubok qazandıran məşqçilər

1993 - Ağasəlim Mircadov

2005/06 - Elxan Abdullayev

2008/09 - Qurban Qurbanov

2014/15 - Qurban Qurbanov

"Neftçi"yə kubok qazandıran məşqçilər

1994/95 - Vaqif Sadıqov 

1995/96 - Kazbek Tuayev

1998/99 - Kazbek Tuayev

2001/02 - Kazbek Tuayev

2003/04 - Kazbek Tuayev

2012/13 - Böyükağa Hacıyev

2013/14 - Böyükağa Hacıyev

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər