"Neftçi" itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Vəli Qasımov Kamal Qurbanovun xidmətindən məhrum olub.
Belə ki, gənc futbolçu cəzalı duruma düşüb. "Rəvan"la oyunun 24-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Qurbanov sarı vərəqə limitini doldurub. Mövsüm ərzində 8-ci "sarı"nı alan Kamal XXIX turun "Xəzər Lənkəran"la oyunun buraxacaq.
Fanat.az