Qurban Qurbanovun imtina etdiyi posta kim gətirildi?

Qurban Qurbanovun imtina etdiyi posta kim gətirildi?
Türkiyə Super Liqasına vəsiqə qazanan "Hatayspor" komandasına yeni baş məşqçi gətirilib. 
 
Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, Mehmet Altıparmakdan boş qalan post Ömər Erdoğana tapşırılıb. 43 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. 
Qeyd edək ki, "Hatayspor" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərsə də, təcrübəli mütəxəssis bunu qəbul etməyib. 
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər