Qurban Qurbanov:"O da qardaşı Zaur kimi..."

Qurban Qurbanov:"O da qardaşı Zaur kimi..."

“Ağabala da qardaşı Zaur kimi, sürətlidi. Kənardan baxanda qaçmağı da bənzəyir”. Bu sözləri Fanat.Az-a açıqlamasında “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov deyib.

Ağabala Ramazanovun böyük qardaşı Zaur Ramazanovun da məşqçisi olmuş Qurbanov “köhlən atlar”ın yeni transferiylə veteran Ramazanovu müqayisə edib: “Topla davranışları, boş zonaya “açılmaları” da oxşardı. Genetik oxşarlıqlar danılmazdı. İstənilən halda, qardaşını xatırladır. Ağabalanın “Qarabağ”da “artırmaq” şansı çoxdu. Bunu özü də bilir. İşləməlidi, çox işləməlidi”.

 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər