Bu gün "Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında səfərdə Lüksemburqun "Düdelanj” komandası ilə qarşılaşıb.
Fanat.az xəbər verir ki, 1:1 hesabıyla nəticələnən oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqda öz fikirlərini bildirib:
"Ümumi oyundan və nəticədən razıyam. Qarşılaşmanın bizim üçün çətin keçəcəyini əvvəldən bilirdik. Meydançanın vəziyyəti o qədər də yaxşı deyildi, bu da sürətli oyun göstərməyimizə mane olurdu. Birinci oyunda qeydə alınan nəticə də öz sözünü dedi. İlk hissəyə nisbətən ikinci hissə daha yaxşı oynadıq. Meydanda olan hər bir futbolçunun çıxışından razı qaldım. Azarkeşlərimizə xüsusi təşəkkürümü bildirirəm, səfərdə oynamağımıza baxmayaraq, 90 dəqiqə bizi dəstəklədilər”.
Fanat.az