"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AZAL-la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, çalışdırıcı 0:1 hesablı məğlubiyyətlə bağlı bunları deyib:
"İlk oyun hər zaman çətin olur. Məğlub olmağı istəmirdik. Təəssüf ki, alınmadı. Əvvəlcədən hamımız bilirdik ki, oyun ağır keçəcək. Futbolçularımdan razı qaldım. 7-8 qol epizodumuz oldu. Son nöqtəni qoya bilmədik. Çatışmazlıqlar olacaq. Tərlan Əhmədovu təbrik edirəm. Döyüşkən kolletiv yaratmağı bacarıb. Komandada 3-4 hücumçu olsa da, daima narazılıq olub. Sadəcə, hər futbolçumuz eyni sayda qol epizoduna çıxdı. Daima axtarışdayıq. Hələ ki, Samuel Armenteros tam hazır deyildi. Tədricən Reynaldo hazır olacaq. Rahid Əmirquliyevlə 3 oyun başqa sistemdə oynamışdıq. Ancaq bu gün fərqli sistemdə meydana çıxdıq. Rahidin zədələnməsinin planlarımızı pozduğunu desək, düzgün çıxmaz. Onu komandaya güvənib götürmüşük. Ancaq istənilən halda futbolçularımızın zədəli olması bizim problemimizdi".
Fanat.az