Qurban Qurbanov möcüzələrdən danışdı

Qurban Qurbanov möcüzələrdən danışdı

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Düdelanj" matçı ağdamlıların 2:0 hesablı qələbəsi ilə başa çatdı. Famat.az xəbər verir ki, qarşılaşmadan sonra "atlılar"ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini açıqlayıb.

- Oyun həm asan, həm də çətin keçdi. Rəqibin oyun sistemini pozmaması ciddi hazırlıqdan xəbər verir. Fasilədən sonra da baxış bucaqlarını dəyişmədilər. Bu da məşqçilərinin alman olmasından irəli gəlir. Cavab görüşü çətin keçəcək. Stadionlarının durumu barədə dəqiq məlumatımız olmasa da, 20 gün əvvəl ürəkaçan vəziyyətdə deyildi. Futbolçularımı təbrik edirəm. Biz də intizamı pozmadıq. Qarşıda cavab oyunu var. Çalışacağıq Lüksemburqda da dəst-xəttimizi qoruyaq.

- İlk oyunda 3 sarı vərəqə. Çox deyil?

- Bu sayda sarı vərəqə aldığımızı xatırlamıram. Amma rəqib bizi buna məcbur etdi. Maksim və Qaraya rəqibin əks-hücumları zamanı kiçik qayda pozuntusu etməyi tapşırmışdıq.

- Arif Daşdəmirov və Əl Harbinin adı sifariş ərizəsinə daxil edilməmişdi.

- Yer yox idi. Məndən olsa, hamısını oynadaram. Növbəti oyunlarda onları əsas heyətdə görsəz, təəccüblənməyin.

- Bu rəqibin Lüksemburqda "Qarabağ”a 3 qol vurması mümkündü?

- Həyatda mümkünsüz heç nə yoxdu. Meydana arxayın çıxsaq, bizə baha başa gələ bilər. Cavab oyununa mərhələ keçmək üçün yox, qələbə qazanmağa çıxacağıq. Futbol möcüzələrlə doludu. Çalışacağıq üstünlüyümüzü qoruyaq.

- 3-cü mərhələdəki potensial rəqibləri nəzərdən keçirmisiniz?

- Yox. Əsas hədəf bu mərhələni adlamaqdı. Bu günün işini bu gün, sabahın işini sabah görməyi xoşlayıram.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər