Qurban Qurbanov ilk dəfə

Qurban Qurbanov ilk dəfə

Topaz Premyer Liqasının IV turunun “Qarabağ” - AZAL oyununda qeydə alınan 6:0 hesabı rekordla əlamətdar olub. Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında ən böyük hesablı qələbəsini qazanıb. 

2008-ci ildən bu mütəxəssisə güvənən əyalət klubu nəinki son 8, hətta 13 ildə belə qələbə qazanmamışdı. Ağdam klubunun həm tarixində, həm də çempionatdakı sonuncu dəfə 6 və ya daha çox top fərqilə qələbəsi 2003/04 mövsümünə təsadüf etmişdi. 2003-cü il avqustun 8-də Ağdam təmsilçisi “Ədliyyə”ni 7 cavabsız qolla üstələmişdi. 

“Qarabağ”da 6 top fərqi ilə qələbəsi olmayan Qurbanov üçün bu qələbə baş məşqçilik karyerasının da rekordudu. O, “ağ-göylər”ədək rəhbərlik etdiyi “Neftçi”də də belə fərqlə qələbəyə sevinməmişdi. 

AZAL isə ölkə çempionatlarındakı antirekordunu təkrarlayıb. "Təyyarəçilər"in 2005-ci ildən çıxış etdiyi yüksək dəstədə ən ağır məğlubiyyəti 6 top fərqilə olmuşdu. Bakılılar 2011-ci il dekabrın 11-də “Neftçi”yə uduzmuşdu - 1:7. 5 ildən sonra antirekordunu təkrarlayan AZAL Premyer Liqada ikinci dəfə 6 top fərqilə yenilib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər