Qurban Qurbanov "ilin məşqçisi" seçildi

Qurban Qurbanov "ilin məşqçisi" seçildi

Azərbaycanda 2021-ci ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. 67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2021-ci ilin ən yaxşı məşqçisi seçilib. O, 58 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 11-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.

Sorğuda iştirak edənlərdən 4-ü “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova, 3-ü “Neftçi”yə son mövsümdə Azərbaycan çempionluğunu qazandıran Samir Abasova, 2-si isə “Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasova səs verib. “Keşlə” ilə son mövsümdə ölkə kubokunu qazanan Sənan Qurbanova səs verən olmayıb.

“Qarabağ” son mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionatında 2-ci yeri tutmuşdu və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Ağdam komandası bu il mübarizə apardığı UEFA Konfrans Liqasında qrup mərhələsini aşaraq, tarixində ilk dəfə olaraq pley-offa vəsiqə qazanıb.

Kim kimə səs verib?

Qurban Qurbanov – 58 Rəşad Sadıqov – 4 Samir Aabasov – 3 Ayxan Abbasov – 2 Sənan Qurbanov – 0

İdman saytları

Aslan Şahgəldiyev (“PFL.az”) – Qurban Qurbanov Saleh Arslan (“Korner.az”) – Qurban Qurbanov Aydın Bağırov (“Qol.az”) – Qurban Qurbanov Kamran Hacı (“Allsport.az”) – Qurban Qurbanov Əli Sahib (“Fanat.az”) – Qurban Qurbanov Ceyhun Əliyev (“Sport24.az”) – Qurban Qurbanov Kənan Məstəliyev (“Rekord.az”) – Qurban Qurbanov Səxavət Qurbanov (“İdmanxeber.az”) – Qurban Qurbanov Elçin Cəlilov (“Futbolpress.az”) – Qurban Qurbanov Rüfət Nadirli (“Sportarena.az”) – Qurban Qurbanov Mirələm Həsənli (“Sportlife.az”) – Qurban Qurbanov Fərəc Aslanov (“Olimpsport.az”) – Qurban Qurbanov Elşən Məmmədov (“Sportnet.az”) – Qurban Qurbanov Daşqın Əziz (“Offsideplus.az”) – Qurban Qurbanov İxtiyar Əsgərov (“Matc.az”) – Qurban Qurbanov Vüsal Bəbirli (“Stadium.az”) – Qurban Qurbanov Mərdan Həsənov (“Newsport.az”) – Qurban Qurbanov Araz Əhmədov (“Sportfm.az”) – Qurban Qurbanov Vüqar Xeyrullayev (“Apasport.az”) – Qurban Qurbanov Ceyhun Əzizli (“Aut.az”) – Qurban Qurbanov Vüsal Məmmədzadə (“Sportline.az”) – Qurban Qurbanov Ruslan Mikayıllı (“Azerisport.com”) – Qurban Qurbanov İbrahim Cəfərov (“Futbolxeber.az”) – Qurban Qurbanov İlkin Vaqifoğlu (“Sportinfo.az”) – Ayxan Abbasov Emin Abbasov (“Sportal.az”) – Qurban Qurbanov İlkin Vidadioğlu (“Sportmedia.az”) – Qurban Qurbanov Əli Həyati (“Futbolmedia.az”) – Qurban Qurbanov Ürfan Məmmədli (“Cempion.az”) – Qurban Qurbanov Anar Cəfərsoy (“Supersport.az”) – Qurban Qurbanov

Komanda.az

Rəşad Ergün – Qurban Qurbanov Şahin Cəfərov – Qurban Qurbanov Pərviz Eltürk – Qurban Qurbanov Vüsal Qəmbərov – Qurban Qurbanov

İdman qəzetləri

Kənan Həsənov (“Futbol+”) – Qurban Qurbanov Qabil Mehdiyev (“İdman”) – Qurban Qurbanov

Televiziya

Şəmsəddin Abbasov (“CBC Sport”) – Qurban Qurbanov Mehman Rəsulov (“Real” TV) – Qurban Qurbanov Azər İsmayıl (ARB TV) – Qurban Qurbanov Ceyhun Rzayev (“Xəzər” TV) – Rəşad Sadıqov Sənan Şəfizadə (ATV) – Qurban Qurbanov Kənan Hakimov (“İctimai” TV) – Qurban Qurbanov Tərlan Şahinoğlu (“İdman” TV) – Samir Abasov Tural Xudiyev ( “Space” TV ) – Qurban Qurbanov

İctimai-siyasi mətbuat

Natiq Muxtarlı (“Kaspi” qəzeti) – Qurban Qurbanov Səbuhi Musayev (“Oxu.az”) – Qurban Qurbanov Elsevər Məmmədov (“Qafqazinfo.az”) – Qurban Qurbanov Vəsilə İbrahim (“Konkret.az”) – Qurban Qurbanov İlqar Tağıyev (“525-ci qəzet”) – Qurban Qurbanov Səxavət Məmməd (“Yenicag.az”) – Qurban Qurbanov Ceyhun Məmmədov (“Şərq qapısı” qəzeti) – Qurban Qurbanov Elçin Cəfərov (“Azərbaycan” qəzeti) – Qurban Qurbanov Aygün Osmanova (“32gun.az”) – Qurban Qurbanov Təranə Xudabaxşiyeva (“Ayna.az”) – Samir Abasov Teymur Tuşiyev (“Sputnik Azərbaycan”) – Qurban Qurbanov Ceyhun Musaoğlu (“Rupor.az”) – Qurban Qurbanov Amal Abuşov (“Qaynarinfo.az”) – Qurban Qurbanov Aqil Lətifov (“Publika.az”) – Rəşad Sadıqov Elnur Salahov (“Report.az”) – Qurban Qurbanov Azər Hüseynbala (“Lent.az”) – Qurban Qurbanov Aytən Məmmədova (“Azadliq.info”) – Rəşad Sadıqov Hacıbəy Heydərli (“Azxeber.com”) – Ayxan Abbasov İlkin Baba (“Azərbaycan radiosu”) – Qurban Qurbanov Həsən Fətəliyev (“Mediapost”) – Rəşad Sadıqov Ramin Deko (“Azadlıq radiosu”) – Qurban Qurbanov Əziz Elxanoğlu (“Turan”) – Qurban Qurbanov Anar Rəsullu (“Sozcu.az”) – Samir Abasov Nuh Tarverdiyev (“Sfera.az”) – Qurban Qurbanov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər