Qurban Qurbanov 44 yaşında

Qurban Qurbanov 44 yaşında

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür. İstedadlı çalışdırıcı 44 yaşını qeyd edir.

Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Futbolçu kimi xeyli məşhurlaşan Qurbanov məşqçi kimi də xeyli uğurlara imza atıb. Təsadüfi deyil ki, "əməkdar məşqçi" fəxri adına layiq görülüb.

Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Üç dəfə Azərbaycan Kubokunun, iki dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.

1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" Ağdam klubunun baş məşqçisidir. "Qarabağ" klubu ilə iki dəfə Azərbaycan Kubokunun qalibi olub, iki dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ardıcıl iki dəfə 2014/2015 və 2015/2016-cı il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

Fanat.az-ın kollektivi Qurban bəyi ad günü münasibətiylə təbrik edir, ona can sağlığı və daha böyük uğurlar arzulayır!

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər