"Zenit"dən iki bomba

"Zenit"dən iki bomba

"Zenit" heyətini iki futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, Sankt Peterburq klubu Moskva "Dinamo"sundan Aleksandr Kokorin və Yuri Jirkovu transfer edib.

Klubdan verilən rəsmi məlumata görə, hər iki futbolçu komandanın Portuqaliyada keçiriləcək təlim-məşq toplanışına qatılacaq.

Qeyd edək ki, Jirkov karyerası ərzində Rusiyanın "Spartak" (Tambov), ÇSKA (Moskva), "Anji", "Dinamo" (Moskva) və İngiltərənin "Çelsi" klublarında oynayıb. Kokorin isə "Dinamo" (Moskva) və "Anji"nin uğurları üçün çalışıb. Hər iki futbolçu Rusiya yığmasının üzvüdü.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər