"Yığmaya dəvət alacağımı gözləyirdim"

"Yığmaya dəvət alacağımı gözləyirdim"

“Əvvəlcə deyim ki, bu bayram günləri mənim üçün ikiqat sevincli oldu. Ötən tur həm qələbə qazandıq, həm də millinin düşərgəsinə dəvət aldım". Fanat.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Tərlan Quliyev klubun rəsmi saytına açıqlamasında deyib. 

Yığmaya dəvət alması haqda danışan T.Quliyev bunları deyib: "Yığmanın baş məşqçisi oyunlara baxıb, futbolçuları heyətə dəvət edir. Robert Prosineçkinin milliyə gəlişindən sonra üçüncü dəfədi ki, komandaya çağırılıram. Açığı, dəvət alacağımı gözləyirdim. Son oyunlarda “Kəpəz”in uğurlu çıxışı və bunda az da olsa, mənim də əməyimin olması, yığmaya yolumu açmışdı. Hər şey göz qabağındadı. Gəncə klubundan tək mən yox, digərləri də yığmaya namizəddi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər