"Yaxşı nəticə deyil" - Nizami Hacıyev

"Yaxşı nəticə deyil" - Nizami Hacıyev

"Rəqib komandanı təhlil etmişdik və çətin olacağını bilirdik. Hər şey gözlədiyimiz kimi oldu. Bu gün 1 xal qazandıq. Çünki qarşımızdakı son 2 mövsümün qalibi olan komanda idi. Yenə deyirəm, ölkənin ən güclü komandası ilə dueldən 1 xal qazandıq. Bunu deməkdə yanılmıram. Düzdü, qolu son dəqiqələrdə buraxdıq. Amma rəqib bir qədər əvvəl də qol vura bilərdi. Məncə, heç-heçə ədalətli nəticədi". Fanat.az xəbər verir ki, bu sözləri Premyer Liqanın XXIII turunda "Qarabağ"la "sülh" bağlayan (1:1) "İnter"in Nizami Hacıyev deyib.

"İnter"in yeganə qoluna imza atan futbolçu oyundan sonra fikirlərini bildirib. Nizaminin fikrincə qış fasiləsindən sonra keçirdikləri 5 oyunda cəmi 5 xal qazanmaları qənaətbəxş nəticə deyil: "Yaxşı nəticə deyil. Amma arxada qalan oyunlar haqda danışmaq da gecdi. Yaxşı hazırlaşmamışdıq. Bu, bütün komandanın səhvidi. Bundan sonra yaxşı olacağını düşünürük".

Futbolçu əsas diqqəti çempionata yönəltdiklərini bildirib: "Təbii ki, mümkün olsa, kuboku qazanmağa çalışacağıq. Heyətlə bağlı müəyyən problemlərimiz var. Əksər futbolçumuz zədəlidi, əlimizdə istədiyimiz qədər material yoxdu".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər