"Yaxşı mübarizə apardıq" - Elbrus Məmmədov

"Yaxşı mübarizə apardıq" - Elbrus Məmmədov

Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qarabağ”a 1:2 hesabıyla məğlub olan “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov oyunla bağlı fikirlərini bildirib. Məmmədov matçdan sonra bunları deyib:

“Əvvəlcə şəhidlərimizin ailələrinə başsağlığı verirəm. Əsgərlərimizə isə güc-qüvvət arzulayıram.

Oyuna gəlincə, yaxşı mübarizə apardıq. Çempionatın liderinə qarşı oynamağımıza baxmayaraq, yaxşı çıxış etdik. Ancaq standart vəziyyətdən iki qol buraxdıq. Ötən oyunlarda və elə bu oyunda da yaxşı təsir bağışlayan müdafiəçilərimiz bir azca diqqətsizlik edən kimi qapımızda qolu gördük. Gənclərlə bacardığımız qədər mübarizə aparmağa çalışırıq”.(Komanda.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər