"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev "Xəzər Lənkəran"a məğlubiyyətdən (2:3) danışıb. Fanat.az xəbər verir ki, çalışdırıcı növbəti mərhələyə keçəcəklərinə inandığını bildirib:
"Xəzər Lənkəran" bizə qarşı həmişə yaxşı oynayıb. Bu dəfə də istisna olmadı. Kifayət qədər qol imkanlarımız oldu. Ən azından məğlub olmaya bilərdik. Nəticədən narazı olsam da, yarımfinala adlayacağımıza əminəm. Hər hansı bir gərginlikdən söhbət gedə bilməz. Azarkeşləri bizə inanmağa və sona qədər dəstək verməyə çağırıram".
Fanat.az