"Yığmanın çıxışından tam razı qaldım. Kosovo ilə oyundakından da yaxşı oynadıq”. Fanat.Az xəbər verir ki, bu sözləri Almaniyanın U-21-nin baş məşqçisi Ştefan Kunts deyib.
O, AVRO-2019-un seçmə mərhələsində Azərbaycan üzərində qazanılan 6:1 hesablı zəfəri dəyərləndirib: “Ciddi iradlara əsas yoxdu. Yalnız qol imkanlarının qaçırılmasıyla bağlı şikayətlənmək olar. Ev oyunumuzu ilk dəfə Kotbusda keçirdik. Azarkeş dəstəyindən tam məmnun qaldım. Onların qələbəmizdəki rolu böyükdü”.
Fanat.Az