"Uğursuzluğun əsas səbəbi Gürcüstanı məğlub edə bilməməyimiz oldu"

"Uğursuzluğun əsas səbəbi Gürcüstanı məğlub edə bilməməyimiz oldu"

Çexiya millisinin baş məşqçisi İvan Haşek Avropa çempionatının 3-cü turunda Türkiyə millisindən aldıqları məğlubiyyəti (1:2) şərh edib.

Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, matçdan sonra təşkil edilən mətbuat konfransında belə danışıb: 

"Uğursuzluğun əsas səbəbi əvvəlki görüşdə Gürcüstanı məğlub edə bilməməyimiz oldu. Mübarizəni dayandırdığımız üçün məyusam. Çünki bu komandanın potensialı var. Biz bunu burada göstərmək istəyirdik".

Qeyd edək ki, Çexiya F qrupunda 1 sonuncu olaraq mübarizəni dayandırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər