"Traktorsazi" son dəqiqədə sevindirdi

"Traktorsazi" son dəqiqədə sevindirdi

İran çempionatında XXI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Traktorsazi" bu turda evdə meydana çıxıb.

Təbriz klubu "Sepahan"ı qəbul edib və 2:1 hesablı qələbə qazanıb. 13-cü dəqiqədə hesabda geri düşən "Traktorsazi" 24 və 90+4-cü dəqiqələrdə vurulan qollarla 2:1 hesablı qələbə qazanıb. Cənubi Azərbaycan təmsilçisinin heyətində kamerunlu Aloys Nonq və Mehdi Şərifi fərqlənib.

Qeyd edək ki, "Traktorsazi" 21 turdan sonra 31 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər