“Kopenhagen”i minimal hesabla yenən “Qarabağ”ın müddafiəçisi Maksim Medvedev matçdan sonra jurnalistlər önünə çıxıb. Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi belə deyib:
"Çempionlar Liqasının himni ilk dəfə stadionumuzda səslənirdi. Himn səslənəndə azarkeşlərin çıxardığı səs tüklərimizi biz-biz etdi. Yalnız biz yox, bütün ölkəmiz meydandaydı. Çox ağır oyun oldu. Rəqibin heyətində yüksək səviyyəli futbolçular yer alıb. Çalışdıq, mübarizə aparaq. Başqa qol epizodlarımız da oldu. Qapıçıları 3 epizodda seyvlə yadda qaldı. Bu, tarixi bir şansdı, əldən vermək istəmirik. Cavab oyununda da Avropadakı azarkeşlərimizin bizə dəstək olacaqlarına inanırıq.Öz gücümüzlə, əziyyətimizə bu yerlərə gəlmişik. Bütün respublikamız bilir ki, səfərə “vuruşmağa” gedirik".
Fanat.Az