"Simurq" birini göndərdi, birini saxladı

"Simurq" birini göndərdi, birini saxladı
Yeni mövsümün hazırlıqları üçün Sloveniyada olan "Simurq" təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, klub prezidenti Anar Bəkirovunda izlədiyi ilk yoldaşlıq görüşündə "Aluminiy"i baxışda olan çexiyalı hücumçu Lukas Tresnakın qolu sayəsində minimal hesabla məğlub edən Zaqatala təmsilçisi ikinci yoxlama görüşünü iyulun 9-da keçirdəcək. 
"Simurq"un rəqibi Makedoniyanın “Vardar” klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da keçiriləcək.
Qeyd edək ki, təlim-məşq toplanışı praqram üzrə davam edir. Hazırlıqları ara vermədən davam etdirən "Simurq" bu gün bir məşqlə kifayətlənib. Məşqçilər korpusu səhər hazırlığından sonra yetirmələrinə istirahət verib. Sabahdan isə "sarı-qaralar" yenidən gündə iki dəfə olaraq çalışmaları bərpa edəcək. 
Hazırda baxışda olan futbolçulardan yalnız biri - Lukas Tresnak komanda ilə məşqləri davam etdirir. Yarımmüdafiəçi Damyan Trifkoviç isə artıq düşərgədən ayrılıb. Onunla bağlı məşqçilər hələ ki, son qərarını verməyib. Baxışa gələcək başqa futbolçular gözdən keçirildikdən sonra sloveniyalı yarımmüdafiəçi haqqında son fikir bildiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər