"Sənədləri imzalamadım, istefaya da getmirəm"-MÜƏMMA

"Sənədləri imzalamadım, istefaya da getmirəm"-MÜƏMMA

FİDE-nin prezidenti Kirsan İlyumjinov istefa verib. Fanat.az xəbər verir ki, xəbəri qurumun rəsmi saytı yayıb. 

İlyumjinovun qərarını martın 26-da FİDE-nin Prezident Şurasının Afinada keçirilən iclasında verdiyi vurğulanıb. Maraqlıdı ki, FİDE prezidenti TASS-a açıqlamasında istefaya getmədiyini söyləyib: "Məni əvəz etmək istəyirdilər. Ancaq alınmadı. Sənədləri imzalamadım, istefaya da getmirəm. Hesab edirəm ki, bu amerikalıların işidi".

 
 

 

Qeyd edək ki, 1995-ci ildən federasiyaya rəhbərlik edən rusiyalı funksioner 2014-cü ildə növbəti dəfə rəhbər seçilib.  

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər