Antalyada təlim-məşq toplanışında olan "Şəmkir"in yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib. Fanat.Az xəbər verir ki, I divizion təmsilçisi Ukraynanın "Dnepr" klubu ilə qarşılaşacaq.
Bu barədə "Dnepr"in rəsmi saytı məlumat yayıb. Oyun bu gün keçriləcək və Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
Qeyd edək ki, "Dnepr" 2 dəfə SSRİ çempionluğunu, 2 dəfə Liqa Kubokunu, 1 dəfə Super Kubokunu qazanıb. Komanda 2014/15 mövsümündə Avropa Liqasının finalına çıxıb və "Sevilya"ya yenilib.
Fanat.Az