Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, "Şaxtyor" ilk oyunu evdə keçirib və "Sevilya"nı qəbul edib.
Hesabı 6-cı dəqiqədə qonaqlardan Viktor Vitolo açıb. 23-cü dəqiqədə Marlos bərabərliyi təmin edib. 13 dəqiqə sonra Taras Stepanenko "Şaxytor"u hesabda önə keçirib. Amma ukraynalılar üstünlüyü qoruya bilməyib və 82-ci dəqiqədə Kevin Qameyro penaltidən bərabərliyi təmin edib.
Fanat.az