"Şapokoense" qalib elan edildi

"Şapokoense" qalib elan edildi
Kolumbiyadakı təyyarə qəzasında əksər futbolçularını və texniki heyət üzvlərini itirən "Şapokoense" ilə bağlı qərar verilib. Fanat.Az xəbər verir ki, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Braziliya klubunu Cənubi Amerika Kubokunun qalibi elan edib. 
CONMEBOL-un açıqlamasında bildirilir ki, klub kubokun bütün gəlirlərindən istifadə edəcək. Konfederasiya həmçinin vurğulayıb ki, Cənubi Amerika Kubokunun digər finalçısı Kolumbiyanın "Atletiko Nasional" klubu məktubla müraciət edərək kubokun "Şapokoense"yə verilməsini istəyib. CONMEBOL Kolumbiya klubunun bu addımını yüksək qiymətləndirərək onlara "Fair Play" mükafatı və 1 milyon dollar verib. 
Qeyd edək ki, "Şapokoense"nin vitse-prezidenti İvan Tozzo dünənki açıqlamasında klubun Cənubi Amerika Kubokunun qalibi elan ediləcəyini və 2 milyon dollar mükafat alacağını bildirmişdi. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər